Qazax rayonunda oğurluq hadisəsi qeydə alınıb.
Median.Az-ın Baku.ws-ə istinadən verdiyi məlumata görə, hadisə rayonun Mehdi Hüseyn küçəsində qeydə alınıb.
Ev sahibi Nigar İsmayılova BAKU.WS-in bölgə müxbirinə bildirib ki, bu artıq ikinci faktır.
"Artıq ikinci dəfədir ki, evimi yarırlar.
Bu dəfə Bakıya qonaq gedəndı evdə kimsənin olmadığını bilib ediblər.
İlkin hesablamışam bəzi məişət əşyalarımı və qədim samovarımı aparıblar.
Bunu edən şəxslərin tutulmasını istəyirəm. Sanki adət ediblər mənim evimi yarmağı”.
Bildirək ki, artıq faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.