Median.Az xəbər verir ki, Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 13-də rayon sakini A.Bayramovanın, 100 manat pulunu və qızıl əşyalarını dələduzluq yolu ilə ələ keçirən Yevlax şəhər sakini K.Mahmudov saxlanılıb.
RPŞ İstintaq bölməsində CM-nin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.