Median.Az xəbər verir ki, Abşeron RPİ-nə müraciət edən Bakı şəhər sakini T.Baxşıyev oktyabrın 5-i gecə saat 3 radələrində 4 nəfərin, onu döyərək 550 manat pulunu aldıqlarını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini, əvvəllər məhkum olunmuş E.Babayev, Yevlax rayon sakini T.İmranov, Gədəbəy rayon sakini M.Ələsgərov polis əməkdaşları tərəfindən saxlanılıblar.
Abşeron RPİ İstintaq şöbəsində CM-nin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.