Median.Az xəbər verir ki, Xətai RPİ 34-cü polis şöbəsi və 36-cı polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 5 avtomobildən mobil telefon oğurlayan Gəncə şəhər sakinləri M.Məmmədov və R.Tağıyev saxlanılıblar.
Xətai RPİ İstintaq şöbəsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.