Median.Az xəbər verir ki, Qaradağ RPİ-nin 38-ci polis bölməsinə müraciət edən Sahil qəsəbə sakini E.Cəfərov sentyabrın 30-da, qəsəbə ərazisindən “BMW” markalı avtomobilinin qaçırıldığını və İsmayıllı rayonu ərazisində yol-nəqliyyat hadisəsinin törədilməsini bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçıran Qəbələ rayon sakini Ə.Osmanlı saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.