Median.Az xəbər verir ki, Nizami RPİ 25-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakini X.Zülfüqarlı oktyabrın 1-i saat 21 radələrində 2 nəfərin ona zor tətbiq edərək, qol saatını almasını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdam rayon sakinləri Ş.Zeynalov və əvvəllər məhkum olunmuş T.İsmayılov saxlanılıblar.
Nizami RPİ İstintaq şöbəsində CM-nin 180.2.1-ci (soyğunçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə
cinayət işi başlanılıb.