Mingəçevirdə Polis mayoru bıçaqlanıb.
Median.Az-ın ölkə.az-a istinadən məlumatına görə, hadisə axşam saatlarında şəhərin mərkəzi küçələrindən birində baş verib.
Belə ki, xidmətdə olan polis mayoru Məmmədov Rəşad Məzahir oğluna mübahisə zəminində hələlik şəxsiyyəti məlum olmayan şəxs bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.