Median.Az xəbər verir ki, Nizami RPİ 25-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 29-na keçən gecə rayon ərazisindəki köşkdən 2580 manat dəyərində tütün məmulatı və monitor oğurlayan paytaxt sakini, əvvəllər məhkum olunmuş V.Əkbərov saxlanılıb.
Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.