Median.Az xəbər verir ki, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 8-də rayon ərazisindəki evdən təmir-tikinti alətləri oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Paşayev saxlanılıb.
Araşdırma zamanı, onun bu il yanvar-iyun ayları ərzində rayon ərazisində daha 6 evdən və 3 avtomobildən pul, inşaat materialları və təmir-tikinti alətləri oğurlaması məlum olub.
Abşeron RPİ İstintaq şöbəsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.