Median.Az xəbər verir ki, Suraxanı RPİ 30-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində may-sentyabr ayları ərzində rayon ərazisindəki 5 evdən velosiped, musiqi alətləri və məişət əşyaları oğurlayan Bakı şəhər sakinləri N.Əmirxanov və əvvəllər məhkum olunmuş R.Məlikov saxlanılıblar.
Bundan başqa, Suraxanı RPİ 32-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 15-də rayon ərazisindəki evdən 5000 manat və 31000 rubl oğurlayan Bakı şəhər sakini olan yeniyetmə saxlanılıb.
Nəsimi RPİ 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 21-də rayon ərazisindəki evdən
6000 manat dəyərində qızıl əşyalar oğurlayan Bakı şəhər sakini P.Hüseynov saxlanılıb.
Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.