Sentyabr ayının 25-də, axşam saatlarında qətlə yetirilən kişinin şəxsiyyəti müəyyən edilib. Məlum olub ki, o, əvvəllər fərariliyə görə məhkum olunmuş Hacı Zeynalabdin Tağıyev kənd sakini, 1990-cı il təvəllüdlü Eldarov Şahrir Azad oğludur.
Sumqayıt Şəhər Polis İdarəsindən оxu.аz-a verilən məlumata görə, kişi aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Cinayəti törətməkdə şübhəli bilinən şəxsin kimliyi artıq müəyyənləşdirilib. Hazırda onun tutulması istiqamətində əməliyyat tədbirləri keçirilir.
Şəhər prokurorluğu qətl faktı ilə bağlı cinayət işi açıb.