Median.Az xəbər verir ki, Xəzər RPİ 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 4-də vətəndaş E.Məmmədovun mobil telefonunu soyğunçuluq yolu ilə ələ keçirən qrupun digər üzvü, Şərur rayon sakini R.Mustafayev saxlanılıb.
Faktla bağlı CM-nin 180-ci (soyğunçuluq) maddəsi ilə istintaq davam etdirilir.