Median.Az xəbər verir ki, DİN Nəqliyyatda Baş Polis İdarəsi (NBPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 21-də paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini olan bir qadının, içərisində 265 manat, 300 dollar və sənədlər olan pulqabısını oğurlayan paytaxt sakini, əvvəllər məhkum olunmuş N.Ağammədova saxlanılıb.
Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.