Evlərə qənim kəsilən oğru tutuldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:43 10 qəpikdən domino oynadılar - 3 min manat cərimələndilər  |     22:26 Bu ölkə Netanyahunu həbs etməyəcək  |     22:24 Bakıda tələbə yataqxanaları: Qiymətlər neçəyədir?  |     22:13 "Roşka" ləqəbli Tiktoker saxlanılıb  |     21:48 Azərbaycanda dəhşətli qəza: Çox sayda hərbçi HƏLAK OLDU - Hadisə yerindən GÖRÜNTÜLƏR (FOTO)  |     21:43 "Şlyapa Zahid" məhkəmədə bankın xəzinədarları ilə üz-üzə gəldi  |     21:25 Tokayev və Putin yeni dünya nizamı şəraitində strateji əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəlib  |     21:04 Ermənilər bu dəfə Şövkət Ələkbərovanın mahnısını oğurlamaq istədi  |     20:49 37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri göndərildi  |     20:28 İdmançılarımız Özbəkistanda 3 qızıl medal qazanıblar  |     20:15 Rusiya ordusu Ukraynada daha bir yaşayış məntəqəsini nəzarətə götürüb  |     19:55 Şarl Mişel noyabrın 29-da tutduğu postu Antonio Kostaya təhvil verəcək  |     19:42 Levandovski Çempionlar Liqasında 100-dən çox qol vuran üçüncü futbolçu olub  |     19:27 Keçmiş vəkil Elman Paşayev dələduzluqda təqsirini etiraf etməyib  |     19:05 DİQQƏT! 160-a yaxın avtobusun dayanacaq yeri DƏYİŞDİRİLDİ  |     18:51 Zaxarova: "Rusiya Yunanıstandan Ermənistana silah ixracı üzrə sorğu almayıb"  |     18:47 "Yar gəldi yar" mahnısının erməni musiqi nümunəsi kimi təqdim olunmasının qarşısı alındı  |     18:40 Bərdədə qanunsuz olaraq əldə etdiyi avtomatı satmaq istəyən şəxs ələ keçdi  |     18:31 Əfqanıstanda qadınlar üçün qəhvəxanalar qapadılıb  |     18:22 Bərdədə bank əməkdaşı həbs edildi: 3,5 milyonluq mənimsəmə  |    

Evlərə qənim kəsilən oğru tutuldu

Sentyabrın 16-da Kürdəmir rayonu, Qaraqocalı kənd sakini Cəlal Əhmədov rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus fərdi yaşayış evindən 1910 manat pulun oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Kürdəmir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Fərid Allahverdiyev saxlanılıb. Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Ətrafında aparılan araşdırmalar nəticəsində F. Allahverdiyevin digər cinayət əməlində də əli olduğu aşkarlanıb. Saxlanılan şəxsin bir neçə gün öncə vətəndaşa məxsus fərdi yaşayış evinə daxil olaraq 1500 manat dəyərində qızıl-zinət əşyalarını, digər bir vətəndaşa məxsus evdən isə məişət əşyalarını və yataq dəstini oğurladığı məlum olub. Oğurlanan əşyaların və pulun müəyyən bir qismi maddi sübut kimi götürülüb.//lent.az

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 572 18.09.19 21:42