Median.Az xəbər verir ki, Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 7-də rayon sakini K.Məmmədovanın 50 manat pulunu və qızıl-zinət əşyalarını dələduzluq yolu ilə ələ keçirən Yevlax rayon sakini F.Abdullazadə saxlanılıb.
Araşdırma zamanı, onun həmyerlisi olan qadınla birgə rayon ərazisindəki evdən 500 manat, 5300 dollar və 13000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması müəyyən edilib.
RPŞ İstintaq bölməsində CM-nin 177-ci (oğurluq) və 178-ci (dəldəuzluq) maddələri ilə cinayət işi başlanılıb.