Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında qeydə alınıb.
“Laçın” univermağının yanında naməlum şəxs 35 yaşlı Ceyhun Hüseynova bıçaqla xəsarət yetirib.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan C.Hüseynov xeyli qan itirib.
O, təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
/oxu.az/