Median.Az xəbər verir ki, Qəbələ RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 14-də şəhər ərazisində, Oğuz rayon sakini T.Məmmədovu döyərək soyğunçuluq yolu ilə 2838 manat pulunu alan rayon sakini V.Fətəliyev və Oğuz rayon sakini, əvvəllər məhkum olunmuş F.Tağıyev saxlanılıblar.
Qəbələ RPŞ İstintaq bölməsində CM-nin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.