Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Bəhram Yaqubovun (1977-ci il təv.) CM-nin 29,120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, ötən il noyabrın 26-da Sabunçu rayonunun Ramana qəsəbəsində Elçin Məsimov (1985-ci il təv) evinin yaxınlığında qaynı Bəhram Yaqubovla mübahisə edib. Nəticədə sonuncu Məsimova 7 bıçaq zərbəsi vurub, yaralı ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb və həyatı xilas olunub. Həmin gün B.Yaqubov Sabunçu RPİ 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.