Amerikada əzilən, suda batan maşınlar Bakıda necə satılır? » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:27 Qazaxda sinif otağının tavanı ÇÖKÜB: Müəllim və şagirdlər təhlükəsiz yerə köçürülüblər  |     17:15 Geomaqnit qasırğasının olacağı gözlənilir  |     17:14 Diplomatik xidmət orqanı əməkdaşları hansı intizam məsuliyyətlərinə cəlb edilə bilərlər?  |     16:55 Rusiyada neft nasos stansiyasına dronlarla hücum edildi  |     16:47 DTX-nin ifşa etdiyi korrupsiya işi üzrə daha bir məhkəmə başlayır  |     16:27 Bakıda tanınmış rəssamın evindən 200 min manatlıq oğurluq  |     16:26 "Toplum TV" və "Abzas Media" işlərində YENİ FAKTLAR  |     16:22 Bəzi dövlət orqanı əməkdaşlarına tətbiq olunacaq həvəsləndirmə tədbirləri - SİYAHI  |     16:18 Ankarada zəlzələ olub  |     16:02 ABŞ nüvə silahının sınaqlarını tezliklə bərpa edə bilər  |     16:01 Millimizin yeni baş məşqçisi müəyyənləşib  |     15:54 Gəncədə şagirdi döyən müəllim İŞDƏN ÇIXARILDI  |     15:48 Şəkidə ananın doğuşdan sonra ölümünün ilkin SƏBƏBİ AÇIQLANDI  |     15:43 Şəmkirdə 42 yaşlı kişi bıçaqlanıb: Arvadı şübhəli bilinir  |     15:37 BDYPİ sürücülərə xəbərdarlıq edib  |     15:36 Dünyanın ən bahalı liqaları - SİYAHI açıqlandı  |     15:27 Dövlət müəssisəsinin əməkdaşı faciəli şəkildə öldü  |     15:21 Şakira xəstəxanaya yerləşdirildi  |     15:20 Böyük Britaniya Ukraynaya qoşun göndərməyə hazırdır  |     15:08 İnzibati Xətalar Məcəlləsində dəyişiklik - Yeni cərimələr qüvvəyə mindi  |    

Amerikada əzilən, suda batan maşınlar Bakıda necə satılır?

Amerika və ya avropa ölkələrində qəzaya uğramış avtomobilləri ölkəmizə gətirib satışını həyata keçirirlər. Hazırda Bakıda bu işlə məşğul olan çoxlu sayda şirkət var. Belə avtomobillərin qiyməti nisbətən ucuz olduğundan onlara tələbat da böyükdür.

Qəzaya uğramış və müxtəlif detalları əzilmiş bu avtomobillər Amerika və Cənubi Koreyadan ölkəmizə gətirilir. Son zamanlar Bakıda bu işlə məşğul olan şirkətlərin sayı artmaqdadır. Buna səbəb sözügedən avtomobillər ölkə bazarındakı maşınlardan ucuz başa gəldiyindən onlara tələbatın çox olmasıdır.

Bu işlə məşğul olanlar deyirlər ki, avtomobil internet üzərindən seçilir və sifarişə uyğun olaraq müştəriyə ya Gürcüstanın Poti limanında, ya da Bakıda təhvil verilir. Eyni avtomobilin yerli bazarla müqayisədə qiymət fərqi isə 20-40 %-ə qədər olur.

Bundan başqa, müştəri təmir və gömrük rüsumlarını öz üzərinə götürsə, bu zaman avtomobil müştəriyə təhvil verilərkən qeyd edilən nasaz hissələrdən başqa digər detalların sazlığı təsdiq edilir və problem yarandığında şirkət müştəriyə əlavə ödəniş edir.

Şirkət rəsmisi bildirir ki, avtomobil gətirilərkən Poti limanına qədər təkcə yol xərci 1100-2000 dollar arasında dəyişir. Avtomobilin Bakıya çatdırılması üçün isə əlavə 350-400 dollar ödəniş alınır. (Xəzər TV)

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 583 06.04.19 22:19