Vahid aylıq müavinət neçə nəfərə şamil olunacaq? » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:52 Rusiya XİN həmin məktubla bağlı açıqlama yaydı  |     22:26 Tehranda İran əsilli Almaniya vətəndaşı azadlığa buraxılıb  |     22:04 Bu ərazilərdə işıq olmayacaq  |     21:31 Biləsuvar məcburi köçkün qəsəbələrindən daha 20 ailə Cəbrayıla köçürülüb  |     21:22 Polis Kaliforniyadakı təxliyə zonalarında 68 nəfəri saxlayıb  |     21:09 Danimarka Arktik ərazilər üzrə Trampla dialoqa hazır olduğunu təsdiqlədi  |     21:05 Dələduzluqda təqsirləndirilən keçmiş vəkil Elman Paşayevə qarşı yeni ittiham: Həbs müddəti uzadıldı  |     20:51 Rusiya Estoniya XİN-in vitse-kanslerini qara siyahıya salıb  |     20:39 Nəzrinin ölümü ilə bağlı cinayət işi başlandı  |     20:24 Ermənistanda deputat öldü  |     20:07 Nəzrinin ölümü ilə bağlı cinayət işi başlandı  |     19:22 Tibetdə daha bir güclü zəlzələ baş verib  |     17:55 Yaponiyada güclü zəlzələ: Sunami təhlükəsi elan olundu  |     17:47 Sabah külək güclənəcək - XƏBƏRDARLIQ  |     17:26 İxracdan əldə olunan pulları ölkəyə qaytarmayan şəxslərlə bağlı cinayət işləri məhkəməyə göndərilib  |     15:53 Sabah külək güclənəcək - XƏBƏRDARLIQ  |     15:19 Perinatal Mərkəzin sabiq direktoru məhkəmədə ifadə verməkdən imtina etdi  |     14:06 Magistr olmaq istəyənlərin nəzərinə!  |     13:45 Həftəiçi keçiriləcək görüşlərin AFİŞASI (SİYAHI)  |     13:41 Goranboyda iki bacı tüstüdən zəhərlənib  |    

Vahid aylıq müavinət neçə nəfərə şamil olunacaq?

Vahid aylıq müavinətin məbləği 500 min nəfərə yaxın insana şamil olunacaq.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumatda bildirilir:

“Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin verilməsinə 2017-ci il fevralın 1-dən başlanılıb. 2018-ci il martın 1-dən müavinətin məbləği, sıx müvəqqəti məskunlaşma yerlərində qazlaşdırma vəziyyətindən asılı olaraq, adambaşına 22 və 40 manat məbləğində müəyyən olunub. Bu il aprelin 1-dən isə həmin məbləğlər, müvafiq olaraq, 33 və 60 manat təşkil edəcəkdir.

Hazırda məcburi köçkünlərdən 81.476 nəfəri 22 manat, 415.081 nəfəri 40 manat məbləğində vahid aylıq müavinət alır”.

Qeyd edək ki, İlham Əliyev fevralın 26-da “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılıb.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 743 26.02.19 20:17