"Mərkəzi-Şərqi Azəri" layihəsi çərçivəsində ilk neft nə vaxt əldə olunacaq? » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:59 Rüfət Səfərova qarşı xuliqanlıq və dələduzluq maddəllərilə ittiham irəli sürülüb  |     22:56 İran Suriyaya qoşun göndərə bilər - Əraqçi  |     22:50 "BakıKart" problemi nə vaxt həllini tapacaq? - RƏSMİ AÇIQLAMA  |     22:41 Salyanda idarə müdiri işdən ÇIXARILDI  |     22:35 Kobaxidze onları HƏDƏLƏDİ  |     22:28 Xalq artisti məhkəmədən sonra nələr dedi? - "Onun aldığı maaşın 3 qatını verməsəm kişi deyiləm" - VİDEO  |     22:22 Mask: ABŞ faktiki iflasa yaxınlaşır  |     22:10 Zelenski Ukraynada yeni raketlərin sınaqdan keçirildiyini açıqlayıb  |     22:00 Cənubi Koreyada hərbçilər parlamentin binasını tərk ediblər  |     21:47 Tbilisidə etirazlar zamanı ümumilikdə 143 polis əməkdaşı xəsarət alıb  |     21:40 Kreml Putin-Ərdoğan telefon danışığına dair məlumat yayıb  |     21:36 Xırdalanda yaşayış binasında yanğın baş verib, 23 nəfər təxliyə olunub - VİDEO  |     21:30 Almaniya Ukraynaya humanitar yardım çərçivəsində 30 milyon avro ayıracaq  |     21:24 Rüfət Səfərov saxlanıldı  |     20:37 İkiqat Olimpiya çempionu məşq zamanı qəzaya uğradı  |     20:15 Suriya ordusu Həmaya əlavə qüvvələr göndərir  |     19:59 "Beşiktaş"ın yeni prezidenti dekabrın 29-da məlum olacaq  |     19:31 Latviya, Litva və Estoniyanın Gürcüstandakı səfirləri XİN-ə çağırılıblar  |     19:19 DİN Rüfət Səfərovun saxlanılmasına aydınlıq gətirdi  |     18:51 İranda universitetdə Azərbaycan türkcəsi təliminə məhdudiyyət qoyulub  |    

"Mərkəzi-Şərqi Azəri" layihəsi çərçivəsində ilk neft nə vaxt əldə olunacaq?

"Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunun işlənməsi layihəsinin bir hissəsi olan "Mərkəzi-Şərqi Azəri" layihəsi çərçivəsində ilk neft 2013-cü ildə əldə ediləcək.

Median.Az
bildirir ki, bu barədə Trend BP-nin D230 bloku üzrə kəşfiyyat işləri proqramı çərçivəsində seysmik tədqiqat işlərinin Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirinin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinə istinadən məlumat verir.

Sənəddə qeyd olunur ki, hasilat, qazma və yaşayış modulu üçün ACE-PDQ platforması Mərkəzi Azəri və Şərqi Azəri platformaları arasında təqribən 137 metr dərinlikdə yerləşəcək. Daxili mədən boru kəməri ACE-PDQ platformasından hasil edilən neft və qazın AÇG-nin işlənməsinin ikinci fazası üçün mövcud neft-qaz ixrac boru kəmərinə nəqli məqsədilə quraşdırılacaq. Bundan başqa, CA-CWP platformasından (kompressiya və və su vurma) ACE-PDQ-yə injeksiya suyunun verilməsinə görə EA-PDQ və ACE-PDQ platformaları arasında su vurulması üçün boru kəməri quraşdırılacaq. EA-PDQ-dən ACE-PDQ-dək dənizin dibi ilə kombinasiya edilmiş qidalanma mənbəyi (əlavə qidalanmanın təmin edilməsi üçün) və sualtı telekommunikasiya kabeli çəkiləcək.

Bildirilir ki, "Mərkəzi-Şərqi Azəri" layihəsinin dəniz qurğuları sutkada 100 min barelədək neft (hasil edilən su qatılmış) və 350 milyon standart kub futa qədər qaz emalı üçün nəzərdə tutulub:

"Quruda inşaat meydançasında tikinti və istismara verilmə işlərinin böyük hissəsi, gözlənildiyi kimi, cari qrafikə uyğun olaraq 2019-cu ilin ortalarından 2020-ci ilin ortalarınadək aparılacaq. Həmçinin ilk neftin 2023-cü ildə hasil olunacağı gözlənilir".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 484 12.02.19 21:35