Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan Livana fındıq tədarük edəcək

23.01.2019 21:38 2 749
Azərbaycan Livana fındıq tədarük edəcək
Livan Azərbaycandan fındıq idxal edən ölkələr siyahısına daxil olub.

Median.az
bildirir ki, bunu Trend-ə Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov deyib.

İ.Orucovun sözlərinə görə, hazırda məhsul 20-dən çox ölkəyə ixrac olunur:

"2018-ci ildə fındıq daha çox Rusiyaya ixrac olunub. Bundan başqa, Avropa da Azərbaycan fındığının mühüm istehlakçısıdır. Gözlədiyimiz kimi, 2018-ci ildə fındıq istehsalı artsa da, türk lirəsinin dollara nisbətdə ucuzlaşması Azərbaycandan fındıq ixracının azalmasına səbəb oldu. Türkiyəli ixracatçılar tərəfindən fındığın daha aşağı qiymətlərlə təklif olunması, Azərbaycan məhsulunun rəqabətqabiliyyətliliyini azaltdı".

Assosiasiya sədri bildirib ki, 2017-ci ilin son rübündə 14,5 min ton fındıq istehsal olunmuşdusa, 2018-ci ilin həmin dövründə ixracat həcmi 40 faizdən çox azalıb.

Son xəbərlər