Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın fındıq ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 89,9 faiz artıb

30.09.2019 20:47 2 185
Azərbaycanın fındıq ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 89,9 faiz artıb
Fındıqçılıq qeyri-neft sektoru üzrə ölkəmizə valyuta gətirən əsas sahələrdən biridir. Azərbaycan 2018-ci ildə də dünya bazarında öz yerini qoruyub saxlaya bilib. Hazırda fındıq ixracına görə Türkiyə və İtaliyadan sonra üçüncü yerdəyik. Bu il məhsuldarlığın nisbətən az olmasına baxmayaraq, 8 ayın statistikası çox uğurludur. Belə ki, ötən ilin 8 ayında xaricə 40 milyon 500 min ABŞ dolları həcmində fındıq ixrac olunmuşdusa, cari ildə ixracımız artıq 76 milyon 900 min dollara çatıb. Yəni, fındıq ixracımız 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 89,9 faiz artıb. Düşünürəm ki, ilin sonunadək biz dünya ölkələrinə ötən ildəkindən iki dəfə çox fındıq ixrac edəcəyik.

Median.Az
Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov deyib.

Bir həftə əvvəl Moskva şəhərində təşkil olunan "World Food Moscow 2019" beynəlxalq qida sərgisində iştirak etdiklərini diqqətə çatdıran Assosiasiya sədri bildirib ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) maliyyə dəstəyi ilə oktyabrın 5-dən 9-dək Almaniyanın Köln şəhərində keçiriləcək "Anuqa-2019" sərgisində də məhsullarımızı nümayiş etdirəcəklər: "Ümumiyyətlə, bu sərgilərin hər birində Azərbaycanı 5-6 şirkət təmsil edir. Belə sərgilərdən sonra ixrac coğrafiyamızda da dəyişikliklər müşahidə olunur. Hazırda Azərbaycandan 25-dək ölkəyə fındıq ixrac edilir. Bu ölkələr arasında Rusiya xüsusilə seçilir. Ancaq Milad bayramı ərəfəsində Avropa ölkələrində də aktivlik gözlənilir. Almaniya və İtaliya şirkətləri Azərbaycan fındığına böyük maraq göstərirlər. Son illər bu siyahıya Çexiya və Polşa da əla olunub".

Fındığın satış qiymətləri barədə məlumat verən İsmayıl Orucov deyib ki, avqust-sentyabr aylarında Azərbaycan fındığının qiyməti dünya bazarında ən yüksək həddə çatıb: "Fermerlərin yetişdirdiyi məhsulun keyfiyyəti, istehsalda tətbiq olunan yeni texnologiyalar, İSO və Avropa standartları artıq öz nəticəsini göstərib, töhfəsini verib. Son iki ayda Azərbaycan fındığının ixrac qiyməti hər kiloqram üçün 6 dollar 20 sent - 6 dollar 50 sent təşkil edib. Həmin dövrdə dünya bazarında Türkiyə fındığının satış qiyməti 5 dollar 90 sent - 6 dollar, Gürcüstan fındığının qiyməti isə 5 dollar 80 sent olub".

Son xəbərlər