Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı | 21:43 İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı | 21:39 Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - KMBİ görüntüləri yaydı (VİDEO) | 21:38 Şirkətlərin gömrük kartlarından 247 minlik mənimsəmə - Vəzifəli şəxsə 6 il həbs cəzası verildi | 21:32 Gündə cəmi 7 min addım demensiya riskini azaldır - Mütəxəssisdən tövsiyə | 21:24 Vaxtı keçmiş mal satan mağazalar 6 min manat cərimələnəcək | 21:19 Saç düzümü insanın xarakterini göstərə bilər - Maraqlı məqamlar | 21:13 Premyer Liqanın ən yaxşı futbolçusu seçildi |
Mojo.az Avto
Mojo.az Avto

Bakı Beynəlxalq Dəniz Ticarət Limanında “yaşıl” elektrik stansiyası yaradıla bilər

24.11.2018 12:50 3 181
Bakı Beynəlxalq Dəniz Ticarət Limanında “yaşıl” elektrik stansiyası yaradıla bilər
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanında "yaşıl" elektrik stansiyası yaradıla bilər".

Median.Az
xəbər verir ki, bunu Trend-ə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi nəzdində "Azəralternativenerji" MMC-nin sədri Aqşin Bəkirzadə deyib.

A.Bəkirzadə bildirib ki, liman bu təkliflə MMC-yə müraciət edib:

"Onlar limanın qismən və ya tam bərpa olunabilən enerji mənbələri ilə təmin olunması imkanının nəzərdən keçirilməsini xahiş ediblər. İndi biz layihə üzərində işləyirik. Maliyyələşdirməyə gəldikdə isə biz Bakı limanına pay iştirakı ilə bağlı təklif vermək istəyirik. İnvestisiya şirkətləri ilə danışıqlar aparmağa da hazırıq. Müddətlər barədə hələlik bir şey deyə bilmərəm, çünki bu, uzunmüddətli layihədir".

MMC sədrinin sözlərinə görə, hazırda layihə ilə bağlı qiymətləndirmə işləri aparılır:

"İndi biz limanda meteomüşahidə stansiyaları quraşdırırıq. Onlar küləyin sürətini və digər göstəriciləri müəyyən edəcək. Göstəricilərdən asılı olaraq biz hansı turbinlərin quraşdırılmalı olduğunu biləcəyik. Bir çox nüanslar olduğu üçün layihənin dəyəri haqqında danışmaq hələ tezdir".

Son xəbərlər