Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Transxəzər enerji dəhlizi İpək Yolu regionunun enerji arxitekturasının rəqabət qabiliyyətini artıracaq

18.06.2025 20:51 1 092
Transxəzər enerji dəhlizi İpək Yolu regionunun enerji arxitekturasının rəqabət qabiliyyətini artıracaq
Qazaxıstan və Özbəkistanı Azərbaycanla birləşdirəcək "yaşıl enerji kabeli" İpək Yolu regionunun enerji arxitekturasının dayanıqlılığını və rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq.

Bu, "Astana" Beynəlxalq Maliyyə Mərkəzi və ADA Universitetinin nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun (IDD) hazırladığı iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi perspektivləri haqqında analitik hesabatda öz əksini tapıb.

Qeyd olunur ki, bu sualtı yüksək gərginlikli kabel Qazaxıstan və Azərbaycanın enerji sistemlərini birləşdirmək üçün nəzərdə tutulub və daha geniş təşəbbüsün - Cənubi Qafqazı Avropa ilə əlaqələndirən Qara dəniz üzərindən "yaşıl enerji sualtı kabel" layihəsinin bir hissəsi olacaq.

Sənədə əsasən, bu infrastrukturun istismara verilməsi Mərkəzi Asiyada istehsal olunan təmiz elektrik enerjisinin (ilk növbədə, günəş və külək) Avropa İttifaqına ixracına şərait yaradacq, regionda enerji mənbələrinin şaxələndirilməsinə və Aİ-nin dekarbonizasiya hədəflərinə nail olunmasına töhfə verəcək.

"Transxəzər kabelinin çəkilməsi sabit xarici satış kanalını təmin edəcək və bərpa olunan enerji mənbələri sahəsində irimiqyaslı layihələrin investisiya cəlbediciliyini artıracaq", - hesabatda deyilir.

Müəlliflərin fikrincə, layihənin Aİ-nin enerji təhlükəsizliyi və iqlim gündəliyi sahəsindəki məqsədlərinə uyğunluğunu nəzərə alaraq, “Global Gateway” təşəbbüsü mühüm strateji maliyyələşdirmə mexanizmi ola bilər.

"Makroiqtisadi kontekstdə layihə Qazaxıstan və Azərbaycan arasında əməkdaşlıqda karbohidrogenlərdən elektrik enerjisinə keçidi əks etdirir ki, bu da hər iki ölkənin aşağı karbonlu enerji ixracatçıları mövqeyindən çıxış etməsinə imkan verir, eyni zamanda regional elektrik şəbəkələrinin modernləşdirilməsini və iqtisadi şaxələndirməni stimullaşdırır. Bu enerji dəhlizi reallaşdırılacağı təqdirdə, İpək Yolu regionunun enerji arxitekturasının dayanıqlılığını və rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq", - sənəddə qeyd olunur.

Hesabatın müəllifləri hesab edirlər ki, Transxəzər və Qara dəniz "yaşıl enerji dəhlizləri"nin yaradılması üçün güzəştli maliyyələşdirmə, dövlət zəmanətləri və qarışıq maliyyələşdirmə strukturlarının kombinasiyası lazımdır. "Avropa İnvestisiya Bankı, Avrasiya Yenidənqurma və İnkişaf Bankı və ixtisaslaşmış iqlim fondları maliyyələşdirmənin təmin edilməsində mühüm rol oynaya bilər. Bundan başqa, dövlət-özəl sektor tərəfdaşlıqları və dövlət enerji şirkətləri tərəfindən "yaşıl istiqrazları"n buraxılması əlavə kapital səfərbər etməyə imkan verə bilər", - hesabatda vurğulanır.скачать dle 11.3

Son xəbərlər