Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Hesabat: Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığı regional sabitliyi gücləndirir

18.06.2025 19:47 975
Hesabat: Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığı regional sabitliyi gücləndirir
Azərbaycan və Qazaxıstan infrastruktura investisiyaları artırmağa, rəqəmsal texnologiyaların imkanlarından fəal istifadə etməyə və iqtisadi əməkdaşlığın daha da gücləndirilməsi üçün maliyyə ekosistemini cəlb etməyə davam etməlidir.

Bu, "Astana" Beynəlxalq Maliyyə Mərkəzi və ADA Universitetinin nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun (IDD) hazırladığı iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi perspektivləri haqqında analitik hesabatda öz əksini tapıb.

Sənəddə qeyd olunub ki, Orta Dəhlizin inkişafı və Xəzər dənizinin dibi ilə sualtı fiber-optik xəttin çəkilişi (layihəyə investisiya qoyuluşu 50 milyon ABŞ dollar məbləğində qiymətləndirilir – red.) iki ölkənin Asiya və Avropa arasında mühüm tranzit qovşaqları kimi mövqelərini gücləndirir.

"Neft ixracının artması, "yaşıl enerji” sahəsində layihələrin həyata keçirilməsi, ticarətin aktivləşdirilməsi və maliyyə əməkdaşlığı dayanıqlı iqtisadi model formalaşdırır, Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığı investisiyaların cəlb edilməsinə, regional sabitliyin gücləndirilməsinə və xarici tərəfdaşlarla əlaqələrin genişləndirilməsinə kömək edir", - sənəddə vurğulanıb.

Hesabat müəllifləri hesab edirlər ki, Azərbaycan və Qazaxıstan strateji və gələcəyə yönəlmiş yanaşmaya sadiq qalmaqla öz geoiqtisadi potensialını reallaşdıra, daha çox xarici investisiya cəlb edə və İpək Yolu regionunda lider mövqelərini möhkəmləndirə bilər. Analitiklərin fikrincə, birgə fəaliyyət Azərbaycan və Qazaxıstan iqtisadiyyatlarına fayda gətirməklə yanaşı, həm də regional rifaha, sabitliyə və beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verəcək.
//reportскачать dle 11.3

Son xəbərlər