Nazir Azərbaycan manatına təzyiqlərin səbəblərini açıqladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:49 Saatlıda 66 yaşlı kişi itkin düşüb  |     14:42 Uşaqların birinci sinfə qəbulunda yenilik tətbiq edilib  |     14:34 "Disney" filmlərində LGBT və azlıqların təbliği dayandırılır  |     14:10 Alimlər kvant kompüterlərində kainatın məhvini modelləşdirdilər  |     13:55 Paytaxtda yeni yerüstü piyada keçidinin inşası yekunlaşıb  |     13:37 Bu gün keçiriləcək ÇL-in pley-off oyunlarını hansı kanallardan izləmək olar? (ANONS)  |     13:25 Şirvanda beş evdən 53 min manatlıq oğurluq etdi: ƏLƏ KEÇDİ  |     13:23 Bu gün Əfv Komissiyasının ilk iclası keçiriləcək  |     13:22 Ağdaşda oğurluq və narkotik cinayətlərinə görə yeddi nəfər saxlanılıb  |     13:21 İngiltərədə uşaq meydançasının altından 176 bomba aşkarlandı  |     13:05 Dünyada temperatur rekord yüksək səviyyəyə çatıb - HƏYƏCAN TƏBİLİ  |     13:01 Rahatlıq üçün ortopedik kresloya keçid zərər verə bilər - GİZLİ TƏHLÜKƏ  |     12:54 Çində yanğınsöndürənlər robot itdən istifadə ediblər  |     12:52 Meymun beynini insan beyninə çevirən mexanizm tapıldı  |     12:52 Ağciyər xərçəngi olanlar üçün yeni ümid: Şişin "zəif nöqtəsi" aşkarlandı  |     12:51 İki nəhəng şirkət süni intellekt hazırlayır  |     12:50 Daha bir kişi Diddini təcavüzdə ittiham edir - Məhkəməyə müraciət etdi  |     12:49 "Şirniyyat sevgisi" hansı xəstəliyin əlaməti ola bilər?  |     12:48 "Binance" və SEC məhkəmə prosesinin dayandırılması ilə bağlı birgə vəsatət qaldırdılar  |     12:47 "Qalatasaray" - "Fənərbağça" derbisinin tarixi açıqlandı  |    

Nazir Azərbaycan manatına təzyiqlərin səbəblərini açıqladı

Azərbaycanla qonşu ölkələrin və əsas ticarət tərəfdaşlarının milli valyutalarının ucuzlaşması manatın məzənnəsinə təzyiqləri artırır.

Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin (MM) komitələrinin gələn ilin dövlət büdcəsi ilə bağlı birgə iclasında bildirib.

O deyib ki, neftin qiymətində müəyyən sabitləşmənin Azərbaycana müsbət təsiri ehtimal olunsa da, regiondakı iqtisadi təlatümlərin ölkə iqtisadiyyatına potensial mənfi təsirləri də nəzərdən qaçırılmamalıdır.

“Qonşu ölkələrin və əsas ticarət tərəfdaşlarımızın milli valyutalarının ucuzlaşması bir tərəfdən yerli istehsalçıların ixrac imkanlarının azalması, digər tərəfdən isə ölkəyə idxalın artımı riskini aktuallaşdırır” - deyə o qeyd edib.

Nazirin sözlərinə görə, xarici makroiqtisadi təhdidlərin ölkə iqtisadiyyatına təsirinin qarşısının alınması 2019-cu ildə həyata keçiriləcək monetar və fiskal siyasətin əsas hədəflərindən biri olacaq:

“Bununla yanaşı, büdcənin sabitliyinin, ortamüddətli dayanıqlılığın təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. 2019-ci il də daxil olmaqla, növbəti illərin icmal və dövlət büdcələri yeni qəbul edilmiş büdcə qaydasına uyğun hazırlanacaq”.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 333 05.11.18 12:36