“STAR-ın açılması Azərbaycan və Türkiyənin enerji siyasəti baxımından çox vacibdir" - Ekspert » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Xanım sərnişinə qarşı nəlayiq hərəkət edən daha bir taksi sürücüsü tutuldu  |     22:57 Bakıdakı yeni park belə olacaq (VİDEO)  |     22:50 Əməkdar artist dövlətin pulsuz təyin etdiyi dərmanı niyə 80 manata alır?  |     22:42 Məşhur tikinti şirkəti yarım milyon borca düşdü  |     22:36 Bu adalarda iki həftə ərzində 900-dən çox zəlzələ baş verib  |     22:29 "Golden Beach"də faciə: Cəryan vurub öldürdü  |     22:23 DGK Çin şirkətindən 3 milyonluq müşahidə avadanlığı alır  |     22:17 6 min manat müavinəti kimlər və necə ala bilər?  |     22:10 Konsul Bakıda saxlanılan Rusiya vətəndaşları ilə 3 saatlıq görüş keçirib  |     22:02 Arzu Əliyeva Leyla Əliyevanı təbrik etdi - VİDEO  |     21:55 Rusiyada iki azərbaycanlı kriminal avtoritet saxlanıldı - VİDEO  |     21:46 Ermənistan ordusunun azərbaycanlı əsirlərə işgəncələri barədə məhkəmədə ifadələr dinlənilib  |     21:38 Rusiya konsulu "Sputnik Azərbaycan"ın həbsdə olan redaksiya rəhbərliyi ilə görüşüb  |     21:33 Emin Ağalarov Rusiyadakı konsertinin təxirə salınmasının səbəbini izah edib  |     21:25 Rusiya turoperatorları Azərbaycandakı bu ölkədən olan turistlərdən şikayət almayıb  |     21:18 Ötən ay 17 aptekdə yoxlama aparılıb  |     21:13 Azərbaycanda iyun və iyul aylarının sərin keçməsinin səbəbi açıqlanıb  |     21:05 Beyləqanda 16 yaşlı oğlan kanalda batıb  |     21:02 "Sputnik Azərbaycan"ın beş əməkdaşı sərbəst buraxıldı  |     21:00 FHN küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edib  |    

“STAR-ın açılması Azərbaycan və Türkiyənin enerji siyasəti baxımından çox vacibdir" - Ekspert

"STAR neft emalı zavodunun açılması Azərbaycan və Türkiyənin iqtisadi və enerji siyasəti baxımından çox önəmli hadisədir".

Bunu "Report”a açıqlamasında Dünya Enerji Şurası Türk Milli Komitəsinin enerji diplomatiyası üzrə işçi qrupunun sədri, Ortadoğu Texniki Universitetinin professoru Oqtay Tanrısevər bildirib.

Onun sözlərinə görə, Türkiyədə STAR neft emalı zavodunun inşası üçün Azərbaycanın qoyduğu birbaşa investisiya Türkiyənin tarixi boyu xaricdən aldığı ən böyük birbaşa investisiya baxımından xüsusi çəkiyə malikdir: "Bundan başqa, neft-kimya sənayesi sahəsində inkişaf etmiş Türkiyə ilə zəngin neft ehtiyatlarına malik Azərbaycanın əməkdaşlığı sayəsində Bakı-Tbilisi-Ceyhan boru kəmərinə əlavə olaraq İzmirdə də STAR kimi layihənin həyata keçirilməsi, həm Türkiyə, həm də Cənubi Avropadakı enerji və sənaye sektoruna əlavə dəyər qatacaq müəssisənin yaradılması böyük bir inkişafa səbəb olacaq”.

O.Tanrısevər bildirib ki, Türkiyə ilə Azərbaycan arasında strateji iş birliyi dərinləşərək daha da güclənəcək: "Bu, qarşıda SOCAR-ı Türkiyədə energetikanın başqa sahəsinə də investisiya yatırmağa cəsarətləndirəcək”.

Qeyd edək ki, oktyabrın 19-da Türkiyənin İzmir şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə STAR zavodunun açılış mərasimi keçirilib. Layihənin ümumi investisiya dəyəri 6,3 mlrd. ABŞ dolları təşkil edir. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir.

Zavod ildə 10 mln. ton xam neft emal gücünə malikdir. Müəssisə "Urals”, "Azeri Light” və "Kərkük” kimi müxtəlif çeşidli neftlərin emalını həyata keçirə biləcək ən son texnologiya ilə dizayn edilib.

Zavodda ildə 1,6 mln. ton nafta,təxminən 5 mln. ton dizel, 1,6 mln. ton təyyarə yanacağı, 300 min ton LPG, 700 min ton neft koksu, 400 min ton qarışıq ksilol, 160 min ton kükürd, 500 min ton reformat istehsal olunacaq. STAR əsas payı SOCAR-a məxsus Türkiyənin yeganə neft-kimya kompleksi olan "Petkim”i xammalla təmin edəcək, Türkiyə bazarında getdikcə artan dizel və təyyarə yanacağı tələbatının bir hissəsini qarşılayacaq, Türkiyənin idxalını 1,5 mlrd. dollar azaldacaq. Müəssisə Türkiyənin neft məhsullarına olan tələbatının 25%-dən çoxunu təmin edəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 680 22.10.18 14:44