Azərbaycanın vahid büdcə təsnifatı təsdiq edildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 Alimlər ananın yaşının uşağın sağlamlığına təsirini araşdırdı: Yaş artdıqca...  |     22:57 Din xadimləri yaslarda "ehsan"ın qalmasında niyə maraqlıdır və dövlət müdaxilə etməlidirmi?  |     22:51 Bəzi ərazilərdə işıq olmayacaq  |     22:45 Xəstəxana tenderin qalibinə 77 777, 77 manat ödəyəcək  |     22:37 Almaniya vətəndaşları İrandan Azərbaycana təxliyə edildi  |     22:32 Axundun qaçırdığı 16 yaşlı qızın ailəsində faciə baş verib: Hadisənin detalları - VİDEO  |     22:26 Tramp İranın Qətərdəki ABŞ hərbi bazasına hücumuna görə təcili müşavirə çağırdı  |     22:21 Rəsmi Dohadan İranın ölkədəki ABŞ hərbi bazalarına hücumu ilə bağlı SƏRT BƏYANAT  |     22:13 XİN: Ermənistanın regionda sülhə sadiqlik iddiası onun hərəkətləri ilə uyğun gəlmir  |     21:58 Serbiya silah ixracatını dayandırıb  |     21:50 Azərbaycanda unun topdansatış qiymətləri AÇIQLANDI  |     21:43 İran Qətəri vurdu - Video  |     21:36 Ağ Ev İranı Hörmüz boğazını bağlamaqdan çəkinməyə çağırıb  |     21:31 “Air France” İsrail və Livana uçuşları dayandırıb  |     21:26 Zaqatalada Talaçay çayından sel keçib, mühafizə bəndi qəzalı vəziyyətə düşüb  |     21:21 Bakıda 12 kiloqram narkotik aşkarlanıb  |     21:14 Hörmüz boğazının bağlanması ehtimalı səbəbindən üç gəmi istiqamətini dəyişib  |     21:08 Ötən ay 30 minə yaxın əcnəbi Azərbaycanda qeydiyyata alınmaq üçün müraciət edib  |     21:01 Bakıdakı turnir UFC tarixində ən uzunmüddətli yarışlardan olub  |     20:56 Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verəcək  |    

Azərbaycanın vahid büdcə təsnifatı təsdiq edildi

Azərbaycan Respublikasının büdcə gəlirlərinin və xərclərinin funksional, iqtisadi və inzibati təsnifatından ibarət vahid büdcə təsnifatı təsdiq edilib.

Bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar, icmal büdcə ilə əhatə olunan qurumlar vahid büdcə təsnifatının tətbiqinə 2020-ci il 1 yanvar tarixindən başlayır.

Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar, icmal büdcə ilə əhatə olunan qurumlar 2020-ci ilin icmal və dövlət büdcəsi layihələri ilə bağlı 2019-cu ildə tərtib edəcəkləri sifarişlərini vahid büdcə təsnifatına əsasən Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Maliyyə Nazirliyi vahid büdcə təsnifatını Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlara, icmal büdcə ilə əhatə olunan qurumlara elektron və kağız daşıyıcılarda çatdırılmasını təmin etməli, bununla bağlı tələb oluna bilən xərclərin maliyyələşdirilməsi barədə təkliflərini 1 ay müddətində Nazirlər Kabinetinə təqdim etməli, dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlara, icmal büdcə ilə əhatə olunan qurumlara vahid büdcə təsnifatının tətbiqi ilə bağlı mütəmadi olaraq metodiki yardımların, təlimlərin və digər zəruri təlimatların göstərilməsini həyata keçirməli, büdcə ili ərzində təşkilatlar yaradıldığı, ləğv olunduğu və yenidən təşkil edildiyi təqdirdə, vahid büdcə təsnifatının “Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı”nda müvafiq dəyişikliklərin aparılmasını həyata keçirməli, bu qərardan irəli gələn digər məsələləri həll etməlidir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 233 15.10.18 11:48