Mojo.az Banner
23:02 Alimlərdən xərçənglə bağlı yeni kəşf  |     22:57 “Evdə tək” geri qayıdır? – Makoley Kalkin 37 il sonra Kevin rolunda  |     22:50 Avqustun sonuna qədər bu 4 bürcü PUL GÖZLƏYİR  |     22:45 Eyni ofisdə fərqli iş saatları: Yeni model nəyi dəyişəcək?  |     22:38 Avtomobil bazarında kredit bumu: Elektromobil və hibridlərə maraq artır  |     22:32 Z nəsli yaşamaq üçün ən yaxşı şəhərləri seçdi (SİYAHI)  |     22:25 Dünyada 2,2 milyard insanın görmə problemi var  |     22:20 Rusiyada təyyarə eniş zamanı zolaqdan çıxdı  |     22:12 "Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır" - Alparslan Bayraktar  |     22:07 Estoniya Rusiya ilə sərhdə bağlamaq istəyir  |     21:57 İsti vurması zamanı nə etməli? - Həyat qurtaran vacib qaydalar  |     21:44 Saray qəsəbəsində zəncirvari avtomobil qəzası baş verib  |     21:43 Co Baydenin səhhəti pisləşdi  |     21:09 DİN, Baş Prokurorluq və ANAMA Xocavənddə mina partlayışı ilə bağlı məlumat yaydılar  |     20:58 Diş fırçası nə qədər müddətdən bir dəyişdirilməlidir?  |     20:26 Oman sahillərində yük gəmisinə hücum edilib  |     20:18 İnsanda primitiv düşüncəni göstərən 5 vərdiş  |     20:17 "Roma" klubu Lorenzo Pelleqrini ilə müqavilənin müddətini uzadıb  |     19:55 Səudiyyə Ərəbistanından İrana XƏBƏRDARLIQ  |     19:50 Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir?  |    
Left Banner
Right Banner

Ərzaq məhsulları bahalaşdı - SİYAHI

10.10.2018 16:31 2 629
Ərzaq məhsulları bahalaşdı - SİYAHI
2018-ci ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,0 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,5 faiz bahalaşıb.

Median.Az
Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin sentyabr ayında avqust ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz bahalaşıb.

Ay ərzində unun, manna yarmasının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın, kərə, zeytun və günəbaxan yağlarının, xiyarın, pomidorun, yerkökünün, kartofun, bananın qiymətlərində bahalaşma, yumru düyünün, qarabaşaq yarmasının, limonun, naringinin, almanın, armudun, narın, qarpızın, yemişin, üzümün, göyərtinin, şirin bibərin, badımcanın, göy lobyanın, soğanın qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində qeyri-ərzaq mallarından parçaların, geyimin, inşaat materiallarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, ev üçün toxuculuq məmulatlarının, məişət cihazlarının, kiçik elektrik cihazlarının, oyuncaqların, kitabların, dəftərxana ləvazimatlarının, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma, müalicə ləvazimatları və cihazlarının, minik avtomobillərinin, velosipedlərin, mobil telefonların və planşet tipli kompüterlərin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Sentyabr ayında avqust ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən məişət cihazlarının, avtomobillərin təmiri, hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma, bərbərxana, kosmetoloji, stomatoloji, ictimai iaşə xidmətlərinin qiymətləri, mənzillərin icarə haqqı, kompüter və xarici dil kurslarında təhsil haqqı bahalaşıb, respublikadan kənara istirahət turlarının qiymətləri, dəmir yolu nəqliyyatı ilə MDB ölkələrinə, hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyibскачать dle 11.3
Mojo.az Banner