Rumıniya mətbuatı SOCAR-dan yazır » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:36 ABŞ yeni ballistik raketləri sınaqdan keçirib  |     20:29 COP28-in baş danışıqçısı: Qlobal biomüxtəlifliyin itkisi ilə birlikdə mübarizə aparılmalıdır  |     19:46 Həbib və Konor yenidən qarşılaşacaq - Gözlənilən görüş  |     19:26 Narkotikin təsiri altında qəza törədən aktyor 5 il həbs oluna bilər  |     19:21 İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək  |     19:14 Türkiyəli nazir müavini COP29-a qatılıb  |     19:01 Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak etdi  |     18:53 BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi  |     18:44 "Milan" futbolçusu ilə razılığa gəlib  |     18:41 Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     18:22 "Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər  |     17:56 Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib  |     17:45 Azərbaycanda "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları" dəyişib  |     17:26 "Qarabağ"ın futbolçusu üç həftə yaşıl meydanlardan kənarda qalacaq  |     17:18 Qəzzada ölənlərin sayı 44 minə yüksəldi  |     16:51 Türkiyə kəşfiyyatçıları İraqda PKK-nın "rəhbər" şəxslərindən birini öldürüb  |     16:42 Nazir: Gələn il işədüzəltmə ilə bağlı hədəf 130 min nəfərdir  |     16:35 Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ  |     16:21 Azərbaycanda alimentin məbləği artırılır  |     16:11 Gəncədə qadın sirkə içib öldü  |    

Rumıniya mətbuatı SOCAR-dan yazır

Rumıniyanın nüfuzlu maliyyə-analitik qəzeti “Ziarul Financiar” (Maliyyə Qəzeti) SOCAR-ın Rumıniyada törəmə şirkəti “SOCAR Petroleum S.A.”nın 2017-ci ildə 28 faiz artım göstərməsi barədə yazır.

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, Rumıniya yanacaq bazarının birinci onluğuna daxil olan şirkətin 2017-ci ildə maliyyə dövriyyəsi 731 milyon lei (təxminən 309 milyon manat) təşkil edib.

Rumıniyada 39 yanacaqdoldurma məntəqəsinə sahib olan SOCAR bu istiqamətdə fəaliyyətini genişləndirmək niyyətindədir. Rumıniya Milli Statistika İnstitutunun məlumatına əsasən, 2017-ci ildə ölkədə 2100 yanacaqdoldurma məntəqəsində maliyyə dövriyyəsi 9,6 milyard avroya çatıb.

Bu, 2016-cı illə müqayisədə 10 faiz artım deməkdir. Rumıniyanın yanacaq bazarının əsas oyunçuları keçən illərdə olduğu kimi, “OMV Petrom”, “Rompetrol”, MOL və “Lukoil” şirkətləridir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 448 21.06.18 12:51