Bank xidmətləri çökdü, dolları harada dəyişək? » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:36 ABŞ yeni ballistik raketləri sınaqdan keçirib  |     20:29 COP28-in baş danışıqçısı: Qlobal biomüxtəlifliyin itkisi ilə birlikdə mübarizə aparılmalıdır  |     19:46 Həbib və Konor yenidən qarşılaşacaq - Gözlənilən görüş  |     19:26 Narkotikin təsiri altında qəza törədən aktyor 5 il həbs oluna bilər  |     19:21 İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək  |     19:14 Türkiyəli nazir müavini COP29-a qatılıb  |     19:01 Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak etdi  |     18:53 BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi  |     18:44 "Milan" futbolçusu ilə razılığa gəlib  |     18:41 Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     18:22 "Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər  |     17:56 Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib  |     17:45 Azərbaycanda "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları" dəyişib  |     17:26 "Qarabağ"ın futbolçusu üç həftə yaşıl meydanlardan kənarda qalacaq  |     17:18 Qəzzada ölənlərin sayı 44 minə yüksəldi  |     16:51 Türkiyə kəşfiyyatçıları İraqda PKK-nın "rəhbər" şəxslərindən birini öldürüb  |     16:42 Nazir: Gələn il işədüzəltmə ilə bağlı hədəf 130 min nəfərdir  |     16:35 Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ  |     16:21 Azərbaycanda alimentin məbləği artırılır  |     16:11 Gəncədə qadın sirkə içib öldü  |    

Bank xidmətləri çökdü, dolları harada dəyişək?

Azərbaycanda dolların alış-satışı ilə bağlı ciddi problemlər yaranıb. Əvvəllər dolları az qala hər küçədə yerləşən valyuta dəyişmə məntəqəsində milli pula çevirmək və ya əksini etmək mümkün idisə, indi bu, ciddi problemlə çevrilib.

Median.Az
yenicag.az-a istinadən bildirir ki, bu problem istirahət və bayram günlərində də daha ciddi formada biruzə verir. Banklar işləmir, əvvəlki kimi hər tinin başında valyuta dəyişmə məntəqəsi də yoxdur.

Bəs, nə etməli? Üz tutursan elektron valyuta dəyişmə məntəqələrinə. Amma buradakı mənzərə də ürəkağrıdandır.

Təsəvvür edin, Bakının mərkəzi küçələrindən olan “28 May”da yerləşən iki ən önəmli və ciddi bankın valyuta dəyişmə bankomatları yararsız haldadır.

“Kapital Bank”ın bankomatında pul yoxdur, “Paşa Bank”da isə bu sistem işləmir.

Bakı sakinləri onsuz da bu tip durumlara alışıb. Birtəhər yola verməyə çalışacaq. Bəs, ölkəyə səfər edən turist? “Kapital Bank” və “Paşa Bank”ın bankomatlarına pul dəyişə bilmədikdən sonra nə düşünəcək? Bəziləri üçün bu xırda məsələ kimi görünsə də, əslində çox ciddi problemdir. Biz də başa düşürük ki, elektron sistem çox gözəldir, amma yaxşı olardı ki, bu sözdə yox, əməldə tətbiq olunsun.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 177 15.06.18 18:53