Kərə yağının qiymətinin baha olması gömrük rüsumu ilə bağlı deyil.
Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin rəisi Əzizağa Hüseynov gömrük rüsumları ilə bağlı məlumat verərkən deyib ki, kərə yağının baha olması gömrük rüsumu ilə bağlı deyil:
“Azərbaycanda kərə yağının qiymət artımı gömrük rüsumları ilə bağlı deyil. Biz kərə yağının rüsumunu 15 faizdən 5 faizə endirmişik. Ancaq kərə yağının qiymətində heç bir fərq olmayıb. Deməli, ölkəmizdə bu cür malların qiyməti gömrük rüsumu ilə əlaqəli deyil”.
Ə.Hüseynov qeyd edib ki, bəzi mallara sepesifik rüsumlar tətbiq olunur:
“Buna misal olaraq spirtli içkiləri, tütün məmulatları, avtomobilləri göstərmək olar. Eyni zamanda, Azərbaycanda istehsal olunan bəzi kənd təsərrüfatı məhsullarına da spesifik rüsumlar tətbiq olunur”.
Xatırladaq ki, 2017-ci ilin noyabrında Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə dəyişiklik edərək, kərə yağı və süddən hazırlanmış digər yağlar üçün tətbiq edilən gömrük idxal rüsumlarını bu malların gömrük dəyərinin 15 faizdən 5 faizə salınması ilə bağlı qərar qəbul edib.
Qərar 2019-cu il dekabrın 31-dək qüvvədə olacaq.//oxu.az