Mojo.az Banner
19:09 Suriyada kürd dili rəsmi status qazandı  |     19:02 Ötən gün narkotiklərlə əlaqəli 31 fakt müəyyən edilib  |     18:53 Bu işçilərə öz xahişləri ilə ödənişsiz məzuniyyətlər veriləcək  |     18:27 Xaçaturyanın xəstəxanadan fotosu - Video  |     18:24 Alim Qasımovun nəvəsinin toyundan VİDEO  |     18:22 Sumqayıtda aptekdə yanğın başlayıb  |     18:21 "Günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqənizə geri dönün!" - Nazirlik xəbərdarlıq etdi  |     17:59 Naxçıvanda avtomobillə avtobus TOQQUŞDU  |     15:35 Binalarda komendant özbaşınalığı: Pullar necə xərclənir?  |     15:26 Paytaxtda oğurluq edən 5 nəfər saxlanıldı  |     15:20 "Səkkiz"in kinoteartda nümayişi dayandırıldı  |     15:05 Ermənistanın reytinqi Azərbaycanla sülh razılaşması sayəsində yüksəldi  |     14:55 Bu hallarda hərbi vəzifəlilərin maaşları saxlanılacaq  |     14:35 KİV: Ramzan Kadırovun oğlu Qroznıda baş verən ağır qəzadan sonra Moskvaya aparılıb (FOTO)  |     14:32 10 yaşlı Sərxanı xilas edən polkovnik-leytenant Şuşada qətlə yetirilən icra başçısının oğlu imiş (FOTO)  |     14:26 Kamçatkada güclü zəlzələ oldu  |     14:25 "Kəpəz" "Karvan-Yevlax"la qarşılaşacaq  |     14:24 Azərbaycan nefti bahalaşıb  |     14:23 Hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT: "Daha təhlükəsiz marşrutlar üzrə hərəkət edilməlidir"  |     14:22 Venesuela hadisələri zamanı ölənlərin sayı açıqlandı  |    
Left Banner
Right Banner

Bağlanan bankdan pulunu almaq istəyənlərin - NƏZƏRİNƏ

13.04.2018 17:28 2 253
Bağlanan bankdan pulunu almaq istəyənlərin - NƏZƏRİNƏ
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-nin qorunan əmanətçilərinə müraciət edib.

Müraciətdə bildirilir ki, əmanətlər üzrə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu müddəti aprelin 16-da bitir.

Qeyd edək ki, kompensasiya ödənişi barədə ilk elan 17 aprel 2017-ci il tarixində dərc edilib.

“Əmanətlərin sığortalanması haqqında” qanuna görə, əmanətçilərin ərizələri kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 1 il ərzində qəbul edilir.

Əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcudluğunu təsdiq edən sənədlər təqdim edildikdə bu müddət əmanətçinin ərizəsinə əsasən, uzadıla bilər. Lakin bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ kompensasiya ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 5 il müddətində saxlanılır.скачать dle 11.3