Növbəti aylarda əmək pensiyaları vaxtında veriləcək – RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 İran Suriyaya qoşun göndərə bilər - Əraqçi  |     22:50 "BakıKart" problemi nə vaxt həllini tapacaq? - RƏSMİ AÇIQLAMA  |     22:41 Salyanda idarə müdiri işdən ÇIXARILDI  |     22:35 Kobaxidze onları HƏDƏLƏDİ  |     22:28 Xalq artisti məhkəmədən sonra nələr dedi? - "Onun aldığı maaşın 3 qatını verməsəm kişi deyiləm" - VİDEO  |     22:22 Mask: ABŞ faktiki iflasa yaxınlaşır  |     22:10 Zelenski Ukraynada yeni raketlərin sınaqdan keçirildiyini açıqlayıb  |     22:00 Cənubi Koreyada hərbçilər parlamentin binasını tərk ediblər  |     21:47 Tbilisidə etirazlar zamanı ümumilikdə 143 polis əməkdaşı xəsarət alıb  |     21:40 Kreml Putin-Ərdoğan telefon danışığına dair məlumat yayıb  |     21:36 Xırdalanda yaşayış binasında yanğın baş verib, 23 nəfər təxliyə olunub - VİDEO  |     21:30 Almaniya Ukraynaya humanitar yardım çərçivəsində 30 milyon avro ayıracaq  |     21:24 Rüfət Səfərov saxlanıldı  |     20:37 İkiqat Olimpiya çempionu məşq zamanı qəzaya uğradı  |     20:15 Suriya ordusu Həmaya əlavə qüvvələr göndərir  |     19:59 "Beşiktaş"ın yeni prezidenti dekabrın 29-da məlum olacaq  |     19:31 Latviya, Litva və Estoniyanın Gürcüstandakı səfirləri XİN-ə çağırılıblar  |     19:19 DİN Rüfət Səfərovun saxlanılmasına aydınlıq gətirdi  |     18:51 İranda universitetdə Azərbaycan türkcəsi təliminə məhdudiyyət qoyulub  |     18:35 Qadın voleybolçular arasında Yüksək Liqada I turun qarşılaşmaları keçirilib  |    

Növbəti aylarda əmək pensiyaları vaxtında veriləcək – RƏSMİ

2018-ci ilin yanvar-fevral aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 13,3 faiz artaraq 636,6 mln. manata yüksəlib.

Median.Az
nazirliyə istinadən xəbər verir ki, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,33 faiz artaraq 305,1 mln. manata çatıb.

Qeyri-büdcə sektorundan daxilolmalar sosial sığorta haqlarının 66,31 faizini və ya 202,3 mln. manatını təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,4 faiz çoxdur.

Mart ayının birinci yarısında Fondun orqanları tərəfindən toplanmış məcburi dövlət sosial sığorta haqlarının məbləği ötən ilin mart ayının müvafiq dövrünə nisbətən 23,84 faiz çoxalaraq 109,0 milyon manat olub.

Bildirilir ki, qeyd olunan artım dinamikası 2018-ci ilin sonrakı aylarında da əmək pensiyalarının maliyyələşdirilməsini vaxtlı-vaxtında həyata keçirməyə imkan yaradacaqdır.

Onu da bildirək ki, 2018-ci ilin 1 mart tarixinə olan məlumata əsasən, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 318 min 434 nəfərdir.

Pensiyalar 2017-ci ildə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq cari ilin əvvəlindən indeksləşdirilərək 5,7 faiz artırılıb və əmək pensiyalarının orta aylıq məbləği 208,36 manatdan 218,03 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 233,68 manatdan 244,36 manata çatıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 024 16.03.18 16:15