Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu gündən “Dəmirbank” əmanətçilərinə kompensasiya veriləcək

01.02.2018 12:01 7 890
Bu gündən “Dəmirbank” əmanətçilərinə kompensasiya veriləcək
Bu gündən lisenziyası ləğv olunan “Dəmirbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların verilməsinə başlanacaq.

Oxu.Az xəbər verir ki, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, “Dəmirbank” ASC-də qorunan əmanətlərin kompensasiyalarının verilməsi üçün agent-bank qismində “Kapitalbank” ASC seçilib.

Kompensasiyalar “Kapitalbank” ASC-nin filial şəbəkəsi vasitəsilə veriləcək.

Qeyd edək ki, 2 mart 2016-cı il tarixdə qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş və 2 mart 2016-cı il tarixdən qorunan əmanətlər üçün tətbiq edilən maksimal illik faiz dərəcəsi - milli valyuta üzrə 15%, xarici valyuta üzrə 3% həddində olan Fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq, 3 (üç) il müddətində tam sığortalanır.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 22 dekabr 2017-cı il tarixli, 49/1 saylı qərarı ilə “Dəmirbank” ASC-yə bank fəaliyyəti üçün verilmiş lisenziya 23 dekabr 2017-ci il tarixindən ləğv edilib. “Əmanətlərin sığortalanması haqqında” qanuna uyğun olaraq “Dəmirbank” ASC-də sığorta hadisəsi günü 22 dekabr 2017-ci il müəyyən edilib.скачать dle 11.3
Mojo.az Banner