Ekologiya və Təbii Sərvətlər Nazirliyi cərimələnə bilər.
Nazirlik barəsində İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə inzibati iş başlanıb.
İş baxılması üçün Ysamal Rayon Məhkəməsinə göndərilib və hakim Sevinc Quliyevanın icraatına verilib.
339.1-ci maddə nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən "Yol hərəkəti haqqında” Qanunla müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmaqla bağlıdır.
Maddədə inzibati cəza növü kimi fiziki şəxslərin 50 manat, vəzifəli şəxslərin 100 manat, hüquqi şəxslərin isə 300 manat cərimə edilməsi nəzərdə tutulur.
//qaynar.az