"Gəncə Toxunulmamış Parça" Açıq Səhmdar Cəmiyyəti ləğv edilir.
İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı şirkətin rəhbəri Mehrac Əliyev qərar imzalayıb.
O, ASC-nin ləğvi ilə əlaqədar olaraq səhmdarların növbədənkənar iclasını çağırıb.
Yığıncağın iyunun 27-də saat 10:00-da keçirilməsi planlaşdırılıb.
İclasın gündəliyinə ASC-nin ləğvi, ləğvetmə komissiyasının təyin edilməsi, şirkətin ləğvi ilə əlaqədar qanunamüvafiq tədbirlərin həyata keçirilməsi haqqında qərarın qəbul edilməsi məsələləri daxil edilib.
Qeyd edək ki, "Gəncə Toxunulmamış Parça" ASC 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 513 966 manatdır.