Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK? » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:59 İki günlük körpənin xəstəxanada naməlum ölümü  |     22:51 Parisdə mitinq iştirakçıları Makronun istefasını tələb ediblər  |     22:29 Zaqatalada yol qəzası zamanı xəsarət alan beş nəfərin kimliyi məlum olub - FOTO - YENİLƏNİB  |     22:17 Parisdə keçirilən aksiyada Avropa İttifaqının bayrağı cırılıb  |     21:51 Tramp Zukerberqi “sui-qəsddə” günahlandırıb və onu həbsxanaya göndərməklə hədələyib  |     21:47 Durovun saxlanılması hücumun bir hissəsidir - Filippot  |     21:17 İran prezidenti bu axşam ilk dəfə xalqa müraciət edəcək  |     21:10 Alimlər Yerin yaxınlığında üçüncü qlobal sahə tapdı  |     21:02 Qazaxıstanda dörd nəfər şaxtada zəhərlənərək ölüb  |     20:52 Sentyabrın 3-də bu ərazilərdə su olmayacaq  |     20:44 700 bal toplayan, yoxsa olimpiya çempionu? - Elə cavab verdi ki...  |     20:34 Qış parkında yay günü eskalatorları niyə "don vurdu"?  |     20:26 Paris-2024: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb  |     20:18 Lənkəranda qonşular arasında dava düşüb, 5 nəfər xəsarət alıb  |     20:06 İmişlidə müəllim intihar edib  |     19:46 XİN rəsmisi: Azərbaycanın İtaliyadan silah aldığı barədə iddia həqiqəti əks etdirmir  |     19:33 Ayxan Hacızadə: Azərbaycanla Ermənistan Konstitusiyası arasında paralellik və bərabərlik yaratmaq cəhdi qəbuledilməzdir  |     19:23 Bakıda 18 yaşlı qız binadan yıxılıb öldü  |     19:10 UEFA Çempionlar Liqasının yeni formatdakı oyunlarının SİYAHISI - FOTO  |     18:29 Bakıda 17 yaşlı qız itkin düşdü  |    

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur ki, yumurtanın qiyməti orta hesabla 45-50 faiz azalıb.

Bəs bu ucuzlaşmanın səbəbi nədir?

Suala aydınlıq gətirən Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli Bizim.media-ya bildirib ki, yumurtanın qiymətinin aşağı düşməsinin bir neçə səbəbi var:

“Əvvəla, Novruz bayramından sonra bazarda yumurtaya tələbat xeyli azalır. Bundan əlavə, yaz aylarında kənd toyuqlarının daha çox yumurta verməsi fabrikdə istehsal olunan yumurtaya tələbatı bir qədər azaldır. Nəzərə alaq ki, təkcə fabrik yox, həm də “kənd yumurtası” da xeyli ucuzlaşıb.

Digər bir səbəb istehlakın azalmasıdır.

Əhali yaz aylarında yumurtadan daha az istifadə edir. Ucuzlaşmanın ən əsas səbəbi təklifin tələbi üstələməsidir. Hazırda toyuqçuluq fabrikləri bazara daha çox yumurta çıxarırlar. Hazırda ölkənin gündəlik yumurta tələbatı 3 milyon 200 min ədəddir. Amma ölkə üzrə gündəlik 5 milyon ədəd yumurta istehsal olunur. Yaranmış bolluq gündəlik satış qiymətinə də öz təsirini göstərir. Məhz sadaladığımız səbəblərə görə yumurtanın qiyməti xeyli aşağı düşüb”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            471 20.04.24 13:58