Teleqramın təsisçisi Pavel Durovun Fransada saxlanılması bütün dünyada Qərbin söz azadlığına qarşı başlatdığı kütləvi hücumun tərkib hissəsi idi.
Median.Az axar.az-a istinadən xəbər verir ki, bunu Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot deyib.
"Bunu görməmək üçün kor olmalısan. Biz söz azadlığına qarşı kütləvi hücumun şahidiyik", - siyasətçi bildirib.
Onun sözlərinə görə, Durov əvvəllər Qərbdə Rusiyanın düşməni hesab olunurdu, amma indi o, Rusiyanı daha çox müdafiə edir, ona görə də Qərbin düşməninə çevrilib.