Azərbaycanda daha bir bank bağlanır - RƏSMİ AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:52 Rusiya XİN həmin məktubla bağlı açıqlama yaydı  |     22:26 Tehranda İran əsilli Almaniya vətəndaşı azadlığa buraxılıb  |     22:04 Bu ərazilərdə işıq olmayacaq  |     21:31 Biləsuvar məcburi köçkün qəsəbələrindən daha 20 ailə Cəbrayıla köçürülüb  |     21:22 Polis Kaliforniyadakı təxliyə zonalarında 68 nəfəri saxlayıb  |     21:09 Danimarka Arktik ərazilər üzrə Trampla dialoqa hazır olduğunu təsdiqlədi  |     21:05 Dələduzluqda təqsirləndirilən keçmiş vəkil Elman Paşayevə qarşı yeni ittiham: Həbs müddəti uzadıldı  |     20:51 Rusiya Estoniya XİN-in vitse-kanslerini qara siyahıya salıb  |     20:39 Nəzrinin ölümü ilə bağlı cinayət işi başlandı  |     20:24 Ermənistanda deputat öldü  |     20:07 Nəzrinin ölümü ilə bağlı cinayət işi başlandı  |     19:22 Tibetdə daha bir güclü zəlzələ baş verib  |     17:55 Yaponiyada güclü zəlzələ: Sunami təhlükəsi elan olundu  |     17:47 Sabah külək güclənəcək - XƏBƏRDARLIQ  |     17:26 İxracdan əldə olunan pulları ölkəyə qaytarmayan şəxslərlə bağlı cinayət işləri məhkəməyə göndərilib  |     15:53 Sabah külək güclənəcək - XƏBƏRDARLIQ  |     15:19 Perinatal Mərkəzin sabiq direktoru məhkəmədə ifadə verməkdən imtina etdi  |     14:06 Magistr olmaq istəyənlərin nəzərinə!  |     13:45 Həftəiçi keçiriləcək görüşlərin AFİŞASI (SİYAHI)  |     13:41 Goranboyda iki bacı tüstüdən zəhərlənib  |    

Azərbaycanda daha bir bank bağlanır - RƏSMİ AÇIQLAMA

“Naxçıvanbank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib.

Bankın aktivləri 1 aprel 2024-cü il tarixinə 194,6 milyon manat təşkil edib. Bu isə 2023-ci ilin sonu ilə müqayisədə 11,6 milyon manat, yaxud 5,6% azdır.

Bankın əsas gəlir mənbəyi olan kredit portfeli isə bu dövrdə 27,6 milyon manat və ya 20,7% azalaraq 103,6 milyon manata enib. Ümumilikdə bankın öhdəlikləri təxminən 127,6 milyon manata bərabər olub ki, bu, ilin əvvəlinə nisbətən 16,6 milyon manat və ya 11,5% azalma deməkdir.

“Naxçıvanbank”ın depozit portfeli ilk rübdə 15 milyon manat və ya 23,7% azalaraq 48,4 milyon manata enib. Bu dövrdə bankın cəmi kapitalı isə 8,1% artaraq 66,97 milyon manata yüksəlib.

“Naxçıvanbank”ın maliyyə şöbəsindən Yenisabah.az-a verilən açıqlamaya görə, depozit və kredit portfelinin azalması bankın düşdüyü çətin vəziyyətlə bağlıdır:

“Bank bağlanmağa doğru gedir. Hazırda bank, faktiki olaraq, satılır. Depozitlərin və kreditlər portfelinin azalması da elə bununla bağlıdır. Bununla bağlı rəsmi açıqlama, yəqin ki, gələn ay veriləcək. Hazırda depozit və kredit portfelləri hamılıqla “Kapital Bank”a yönləndirilir”.

Xatırladaq ki, 2023-cü il mayın 18-də Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3(103)-42/2023 nömrəli qərarı ilə “Günaybank”, 24 oktyabr 2023-cü il tarixli 2-3(103)-54/2023 saylı qərarı ilə isə “Muğanbank” ASC müflis elan edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 167 20.04.24 13:36