Mojo.az Banner
23:01 Şabranda sürüşmə fəallaşıb, evlər təhlükə altındadır (Video)  |     22:55 Krım körpüsünü partladan ermənilər ömürlük həbs edildilər  |     22:50 Bu şəhərdə 42 milyon insan yaşayır  |     22:44 Yük maşınını geriyə sürərkən 75 yaşlı qadını vurub öldürdü  |     22:38 Alyaskada güclü zəlzələ oldu  |     22:30 16 manat sığorta ödənişi bütün işsizlərə aid deyil - Deputat açıqladı  |     22:25 Vəfat edən şəxsin pensiya kapitalı vərəsəyə veriləcək? - AÇIQLAMA  |     22:18 Abşeronda bu ərazilərdə metan qazı tapıldı, araşdırmalara başlanıldı  |     22:11 Ərdoğanla görüşən Papadan ilk açıqlama  |     22:04 Ukrayna səfirliyi Putinin Bişkek səfəri üçün "kamuflyaj" edildi - Video  |     21:58 "Tesla" strategiyasını dəyişir  |     21:53 Gəncə sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  |     21:47 Kişilərdə ürək çatışmazlığı riskini 2,5 dəfə artıran səbəb açıqlandı  |     21:38 Sabiq icra başçısı oğlu ilə bağlı məhkəmədə ifadə verdi  |     21:32 Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     21:25 Leyla Əliyeva Lənkəran rayonuna səfərindən görüntülər paylaşdı - Video  |     21:20 Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi qaydasında dəyişiklik edilib  |     21:17 "Barselona"nın futbolçusu iki həftə yaşıl meydanlardan kənarda qalacaq  |     21:14 Xəzəryanı ölkələr nərə balığının ovuna qoyulmuş qadağanı 2026-cı ilə qədər uzadıblar  |     21:11 Hindistandan Azərbaycana gətirilən bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb  |    
Left Banner
Right Banner

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

02.04.2024 17:05 843
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
Güclü külək ilə bağlı xəbərdarlıq edilib.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra aprelin 4-də səhərdən axşamadək havanın dəyişəcəyi, şimal-qərb küləyinin qısa müddətə güclənəcəyi, küləyin maksimal sürətinin 15-20 m/s, arabir 23-28 m/s, səhər və gündüz yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.

Gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra aprelin 4-də hava şəraitinin dəyişəcəyi, qərb küləyinin sürətinin 15-20 m/s, arabir 23-28 m/s, səhər və gündüz ayrı-ayrı yerlərdə arabir 30-32 m/s-dək güclənəcəyi, şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, Qarabağ və Şərqi Zəngəzur, Mərkəzi Aran, Dağlıq Şirvan, Quba-Qusar zonalarında yağıntıların intensiv olacağı ehtimalı var.

Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuğun artımı gözlənilir.скачать dle 11.3