Kredit faizləri daha da artacaq? (MÜHÜM AÇIQLAMA) » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:04 Bakıda məzardan 110 manatlıq çələng oğurladı, cəzasını aldı  |     16:58 "Crocus"da baş verən terror aktında zərərçəkənlərin sayı AÇIQLANDI  |     16:48 Xırdabuynuzlu heyvan oğurlayan şəxslər SAXLANILDI  |     16:42 Naxçıvanda avtomobil qəzası: Ölən var  |     16:34 Elan saytlarında saxta məlumatlar yerləşdirərək dələduzluq edən şəxs saxlanılıb  |     16:24 Bəzi ərazilərə sulu qar yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ  |     16:23 Mərhum xanəndənin nəvəsinin dəhşətli şəkildə öldüyü hadisə necə baş verib?  |     15:23 11-ci mərtəbədə köməksiz qalan azyaşlılar xilas edildi - VİDEO  |     15:15 Hindistanda istilər səbəbindən sutkada azı 85 nəfər öldü  |     15:09 Mərdəkandakı avtoqəzada xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI  |     15:01 “Azərişıq” Kəlbəcər və Laçında elektrik təsərrüfatını yenidən qurur  |     14:55 Azərbaycandan çıxışına qadağa qoyulan 419 nəfərin ölkəni tərk etməsinin qarşısı alındı  |     14:47 Tofiq Yaqublunun həbs müddəti uzadıldı  |     14:41 Sabah bəzi yerlərdə şimşək çaxacaq, dolu düşəcək, leysan və sulu qar yağacaq  |     14:31 Günəşdə yeni güclü partlayış baş verib  |     14:30 Biləsuvarda narkokuryer saxlandı: Külli miqdarda narkotik vasitələr aşkarlandı - FOTO  |     14:29 Ərdoğan Azərbaycan-Türkiyə hökumətlərarası iki sazişi təsdiqləyib  |     14:26 Xankəndi, Xocalı və Xocavənd ərazisində xeyli sayda silah-sursat aşkarlanıb  |     14:24 Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT  |     14:22 Ay ərzində dövlət sərhədini pоzan yüzdən çox şəxs saxlanılıb  |    

Kredit faizləri daha da artacaq? (MÜHÜM AÇIQLAMA)

Bir neçə gündür ki, banklar tərəfindən kredit faizlərinin yenidən artırılacağı ilə bağlı məlumatlar yayılıb. Məlumata görə, banklar tərəfindən əmanətlər üçün depozit faizlərinin artırılması nəzərdə tutulur. Bu addımın kreditlərin bahalaşmasına və bankların daha yüksək faizli kredit təklif etməsinə səbəb olacağı bildirilir.

Bəs kredit faizləri arta bilərmi?

Məsələ ilə bağlı fikirlərini Bizim.media-ya açıqlayan iqtisadçı-ekspert Fuad İbrahimovun sözlərinə görə, kredit faizlərinin artmasına bir neçə amil təsir edə bilər.

İlk növbədə hökumətin həyata keçirdiyi inflyasiya siyasətinin bu məsələdə rol oynaya biləcəyi ehtimalını diqqətə çatdıran ekspertin fikrincə, inflyasiyaya qarşı mübarizədə dünya təcrübəsi əsas götürülür:

"Bu da uçot dərəcəsinin və kredit faizlərinin artırılmasına səbəb ola bilər. Necə ki, bəzi ölkələrdə belə bir hadisə baş verdi. Bilirik ki, Azərbaycan hökuməti inflyasiya ilə bağlı bəzi hədəflər müəyyənləşdirib və bunu da banklar özləri üçün əsas götürməlidirlər”.

Ekspertin sözlərinə görə, banklar əhalidən götürülən depozitləri artırmaq üçün müxtəlif təkliflər irəli sürürlər:
"Depozit faizi artdıqca, vətəndaşlar banka üz tuturlar. Bu gün ölkədə vəziyyət belədir ki, vətəndaşlar inflyasiyanın səviyyəsinə uyğun olaraq ya topladığı vəsaitləri "yastığın altında”, ya da bankda saxlayırlar. Bank isə müxtəlif yollarla depozit portfelinin həcmini artırmağa çalışır ki, bunun da yolu faizlərin artırılmasından keçə bilər. Bu da öz növbəsində kreditlərin də atmasına səbəb olur”.

Müsahibimiz Mərkəzi Bank tərəfindən həyata keçirilən siyasəti son 10 ildəki ən optimal idarəetmə üsulu kimi dəyərləndirib:

"Bu da əslində daha çox məsələlərin tənzimlənməsinə hesablanıb. Bu gün ölkəmizdə bank sektoru ilə yanaşı, kredit verə bilən digər maliyyə təşkilatları da mövcuddur. Əslində banklar faizləri artırmaq üçün onlarla rəqabət aparmalıdırlar. Üstəlik, həmin təşkilatların isə öhdəlikləri kifayət qədər azdır və aşağı faizlərlə kredit verə bilərlər.

Bu baxımdan da sosial şəbəkələrdə kredit faizlərinin artırılması ilə yayılan məlumatların heç bir əsası yoxdur. Düşünmürəm ki, hansısa bank vətəndaşdan verdiyi kredit müqabilində 2 faiz, 3 faiz və ya 4 faiz artıq pul alsın. Ona görə ki, öz kredit portfellərində ciddi azalma görə bilərlər”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            837 13.01.24 21:34