Böyük sərvətə sahib olanlar: Azərbaycanda kimlər milyonçu hesab edilir? » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:18 İstifadəçilər “Windows 11”ə daha tez keçdilər – SƏBƏB  |     21:45 Daşınmaz əmlaka dair sənədlərin həqiqiliyini yoxlamaq mümkündür - VİDEO  |     21:41 Turizm üçün ən yaxşı ölkə  |     21:35 Ləhic bağlarından OĞURLUQ  |     21:25 Bu ölkədə meymunlara görə referendum keçirilir  |     21:18 Firon İkinci Ramzesin qılıncı tapıldı  |     21:10 Kimlərə isti havada qəhvə içmək olmaz?  |     21:05 Sentyabrda ÜÇ BÜRC zənginləşmək şansı qazanacaq: Pul küləyi onların istiqamətində əsəcək  |     20:59 Pis qoxu və üfunət... - Abşeronda kanalizasiya problemi (VİDEO)  |     20:54 CNN: Rusiya dünyanın kommunikasiya infrastrukturuna qarşı təxribat hazırlayır  |     20:49 NASA zondu Günəş sisteminin kənarında gizli və gözlənilməz obyektlər tapdı  |     20:38 Sabah 34 dərəcə isti olacaq  |     20:30 Hamı Bakının bu qəsəbəsindən torpaq alır – Səbəbi bu imiş  |     20:24 Bakıda bəzi yollarda hərəkət istiqaməti dəyişdiriləcək  |     20:18 Bu idarəyə yeni rəis təyin olundu  |     20:12 Ermənistan Ani körpüsünün bərpası ilə bağlı Türkiyəyə öz yanaşmalarını təqdim edib  |     20:07 Paşinyan Fransanın yeni Baş nazirini Ermənistana dəvət edib  |     19:59 Tacikistanın dağlıq rayonunda 5 maqnitudalı zəlzələ olub  |     19:53 Masallıda ölümlə nəticələnən avtoqəza olub  |     19:48 Moskva vilayətində parkinqdə yanğın baş verib, iki nəfər ölüb  |    

Böyük sərvətə sahib olanlar: Azərbaycanda kimlər milyonçu hesab edilir?

Türkiyədə ən böyük sərvətə sahib olan 100 şəxsin adı açıqlanıb. "Economist” jurnalının araşdırmasına görə, siyahıda ilk 9 yer son reytinq cədvəli ilə eyni olub. Birinci yeri 6 milyard dollardan çox sərvətlə Koç ailəsi və "Koç Holding” tutub. Siyahının növbəti pillələrini tutuanlar bundan az məbləğə sahib olan ailə və şəxslərdir.

Məlum olduğu kimi, hər il müxtəlif məşhur nəşrlər dünya və ayrı-ayrı ölkələrin zəngin insanları haqqında reytinq hazırlayırlar. Azərbaycanda isə bunun statistikası aparılmır. Dövlət Statistika Komitəsinin (DSK) rəsmi saytında bununla bağlı heç bir statistik göstəriciyə rast gəlinmir.

Maraqlıdır, Azərbaycanda kimlər varlı hesab edilir və bunun statistikasını aparmaq mümkündürmü?

İqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı Bizim.Media-ya danışarkən belə bir statistikanın aparılmasının vergilərlə tənzimləndiyini deyib:

"Azərbaycanda rəsmi milyonçu yoxdur. Yəni ölkədə bu cür siyahılar tərtib olunmur. Çünki bu, vergilərlə ölçülür. Türkiyədə o ailələrin aktivləri hesablanarkən leqal mənbələrə əsaslanaraq onların daşınan, daşınmaz əmlakları, səhmləri, şirkətləri və ödədikləri vergilər hesablanır. Azərbaycanda belə bir sistem yoxdur, bizdə rəsmi milyonçular olmadığına görə, elə bir siyahı və reytinqlər hazırlamaq mümkün deyil”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            843 03.01.24 21:00