İqtisadçı ekspert Eldəniz Əmirov yazır...
100 manat nağd pul xərcləyən müştəri "ƏDV Geri al" mexanizmi ilə əldə edilən gəliri vergidən azad edildiyi üçün nə qədər qazanır?
Konkret misal üzrə baxaq:
Müştəri marketdə ƏDV-yə cəlb edilmiş məhsullar üçün cibindən 100 manatı çıxarıb nağd pul xərcləyir.
Bu pulun 15 manat 25 qəpiyi ƏDV-dir.
15 man.25 qəpiyin 5%-i "Ədv geri al" mexanizmi ilə müştəriyə geri qayıtdığı üçün müştəriyə 76 qəpik pul geri qayıdır.
Geri qayıtmış 76 qəpik müştərinin gəliri olduğu üçün ondan təxminən 10 qəpik vergi tutulur. Yeni vergi güzəşti ilə artıq bu növ vergi tutulmayacaq.
Deməli, "ƏDV geri al" mexanizminə dair yeni güzəşt 100 manat nəğd xərcləyənə 10 qəpik (nəğdsiz 36 qəp.) qazandırır. Bu qədər sadə izah.
//valyuta.az