Azərbaycanda rekord məbləğdə dollar satılıb - Məbləğ » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib  |     22:36 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib  |     22:15 Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi  |     21:56 Xeyrullah Hümbətov vəfat etdi  |     21:45 Putin: Ukraynadakı münaqişə qlobal xarakter alıb  |     21:28 Bu şəxslərin əmək haqları artırıldı  |     21:17 Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak olub  |     21:05 ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib  |     20:51 Dünyanın ən dərin quyusu Çində qazılır: Məqsəd nədir?  |     20:36 ABŞ yeni ballistik raketləri sınaqdan keçirib  |     20:29 COP28-in baş danışıqçısı: Qlobal biomüxtəlifliyin itkisi ilə birlikdə mübarizə aparılmalıdır  |     19:46 Həbib və Konor yenidən qarşılaşacaq - Gözlənilən görüş  |     19:26 Narkotikin təsiri altında qəza törədən aktyor 5 il həbs oluna bilər  |     19:21 İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək  |     19:14 Türkiyəli nazir müavini COP29-a qatılıb  |     19:01 Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak etdi  |     18:53 BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi  |     18:44 "Milan" futbolçusu ilə razılığa gəlib  |     18:41 Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     18:22 "Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər  |    

Azərbaycanda rekord məbləğdə dollar satılıb - Məbləğ

Dekabr bitməyib, amma Mərkəzi Bankın hərracları vasitəsilə 603.8 milyon dollar satılıb.

Bunu Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Deputat aylar üzrə ölkədə satılan dolların məbləğlərinə diqqət çəkib:

“Digər aylar üzrə rəqəmlər belədir: noyabr ayı- 234.7 milyon dollar; oktyabr- 202.6 milyon dollar; sentyabr- 164.5 milyon dollar; avqust- 93.9 milyon dollar; iyul- 272,7 milyon dollar; iyun- 78,9 milyon dollar; may- 277,2 milyon dollar; aprel- 286 milyon dollar; mart-383,9 milyon dollar; fevral- 356,6 milyon dollar və yanvar- 188,5 milyon dollar. 2023-cü ilin geridə qalan dövründə isə Mərkəzi Bankın hərraclarında bütövlükdə 3 milyard 143 milyon dollarlıq sifariş yaranıb.

Göründüyü kimi, mövsümü və digər səbəblərdən bir sıra aylar, xüsusən də dekabr ayında dollara tələbin artması müşahidə edilməkdədir. Qeyd edək ki, Azərbaycan idxalının artması da dollar tələb formalaşdırmaqdadır. Bu ilin ilk 10 ayında 14 milyard 174 milyon dollar idxal qeydə alınıb. Deməli, idxaldakı artımlar da dollara alışını artırır”.

“Deməli, Azərbaycan üzən məzənnə rejiminə keçməsə belə dollara tələbin artması müşahidə olunmaqdadır. Məhz bu səbəbdən Mərkəzi Bank gələn il intervensiyanı istisna etmir”, - o, bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            996 29.12.23 15:04