Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti cüzi bahalaşıb.
Azərbaycan neftinin bir bareli üzrə qiyməti ötən günlə müqayisədə 0,22 dollar və ya 0,26% artaraq 84,2 ABŞ dollarına yüksəlib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 ABŞ dolları olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 ABŞ dollarına satılıb.