İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Müşahidə Şurasının növbəti iclası keçirilib.
Bu barədə qurumdan məlumat verilib.
Məlumata görə, müşahidə Şurasının sədri, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin sədrliyi ilə keçirilən iclasda İZİA-nın İdarə Heyətinin sədri Elşad Nuriyev 2023-cü ildə sənaye zonaları və aqroparklarda görülmüş işlər və əldə edilmiş nəticələr barədə məlumat verib. Qurumun daxili audit hesabatı dinlənilib, növbəti il üzrə büdcə proqnozu nəzərdən keçirilib.
İclasda 2024-cü il üzrə qarşıya qoyulmuş prioritet inkişaf istiqamətləri, baxılmaqda olan layihələrlə bağlı müzakirələr aparılıb. Agentliyin strukturunun təkmilləşdirilməsi, sənaye zonalarında rezidentlərə xidmət göstərəcək təsərrüfat cəmiyyətinin yaradılması barədə təkliflər təhlil edilib.