2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 283 milyon 377 min ABŞ dolları dəyərində 1 milyon 94 min ton buğda idxal edilib.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 6,3% və ya 72,9 min ton, məbləğ baxımından isə 28,8% və ya 114,6 milyon ABŞ dolları azalıb.
2022-ci ilin ilk 11 ayı ərzində Azərbaycana 389 milyon ABŞ dolları dəyərində 1 milyon 167 min ton buğda idxal edilib.
Qeyd edək ki, hesabat dövründə ölkəyə gətirilən buğdanın bir tonunun orta qiyməti 22,3% və ya 74,2 dollar azalaraq 258,8 dollara (440 manat) bərabər olub. Bu göstərici ötən ilin müvafiq dövründə 333 dollar (566,1 manat) təşkil edib.
Əlavə edək ki, cari ilin noyabr ayında isə idxal edilən buğdanın orta idxal qiyməti ötən ilin noyabr ayı ilə müqayisədə 23,7% azalaraq 435,28 manata bərabər olub. 2022-ci ilin noyabr ayında ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın bir tonunun orta qiyməti 570,75 manat təşkil edib.
Xatırladaq ki, cari ilin ilk 11 ayında buğda idxalı Azərbaycanın ümumi idxalının 1,79%-nə bərabər olub.