Böyük Britaniyanın daha bir enerji şirkəti yüksək qaz qiymətləri səbəbindən müflis olub.
Bu barədə ölkənin enerji tənzimləyicisi "Ofgem"in internet səhifəsində yerləşdirilən məlumatda bildirilir.
"Təxminən 9 min qaz istehlakçısına xidmət göstərən "Daligas Limited" fəaliyyətini dayandırıb", - məlumatda deyilir.
"Ofgem"ə görə, müştərilər digər təchizatçılara köçürüləcək və şirkətin bazardan çıxması heç bir təsirə məruz qalmayacaq.
Qeyd edək ki, bu ilin yanvar ayından bəri ölkədə təxminən 1,5 milyon istehlakçıya xidmət edən 14 enerji şirkəti qazın bahalaşması səbəbindən iflasa uğradığını bəyan edib.